Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Adını dünya diplomatiya və hərb tarixinə həkk etmiş Prezidentim

0

  •         11 aprel Azərbaycan xalqının seçimi Azərbaycan Pezidenti İlham Əliyevlə irəliyə addım oldu. Azərbaycan xalqının etimadını, dəstəyini qazanaraq növbəti dəfə dövlətimizin başçısı ölkəmizdə 2018-ci il 11 aprel tarixində Prezident seçildi. Bu seçimdən heç vaxt yazılmayan Azərbaycan xalqı bu dəfə də düzgün seçim edərək, işiqlı gələcəyinə səs verdi.         11 aprel seçkiləri ilə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişafın yeni mərhələsinə qədəm qoydu. Dövlət başçımız "Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabliyyətimi əsirgəmiyəcəm" sözünü əməli ilə doğrultdu.      Prezident İlham Əliyev bütövlükdə 20 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarı ilə Azərbaycanın beynalxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdi. Təkcə daxili siyasət deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır.        Son ilin ən böyük və tarixi hadisəsi isə 44 günlük Vətən müharibəsidir. Prezident Ali Baş Komandan İlham Əliyevin 2020-ci il sentyabrın 27 də verdiyi tarixi “Vur”! əmri ilə Azərbaycan Ordusu bütün cəhbəboyu əks hücum əməliyyatına başladı. Cəmi 44 gün ərzində rəşadətli Azərbaycan Ordusu 32 illik qanlı Qarabağ münaqişəsinə son qoydu, Qarabağ vahid Azərbaycan oldu. 2020-ci il 10 noyabr tarixi Bəyanatla işğalçı və təcavüzkar Ermənistan öz məğlubiyyətini bütün dünyanın gözləri qarşısında etiraf etməyə məcbur oldu. Həmin tarixdən sonra isə Qarabağın dirçəldilməsinə, cənnət məkana çevrilməsinə, Böyük Qayıdış istiqamətində tarixi adımların atılmasına başlanıldı.        Prezident İlham Əliyev daim Azərbaycan vətəndaşının yanında olub, bu gün də onun yanındadı. Azərbaycan vətəndaşı da eyni şəkildə daim dövlətinin, Prezidentinin yanındadır, onun ətrafında müsəlləh əsgər kimi birləşib.Aynurə Həsənova,Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi1 il öncə
    İzlənib36 dəfə
    Adını dünya diplomatiya hərb tarixinə həkk etmiş Prezidentim

    Maraqlı gələ bilər
    41
    31
    48